Gürcüstanda məhkumlarımıza bayrama görə bağlamalar veriləcək



 

Gürcüstanda azərbaycanlı məhkumlara Novruz bayramı münasibətilə əlavə bağlamalar veriləcək.
 
SeherXeber.org xəbər verir ki, bu barədə ölkənin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
 
Bağlamaların qəbulu 20 və 21 mart tarixlərində saat 09:00-dan 18:00-dək həyata keçiriləcək.
 
Xüsusi Penitensiar Xidmət bağlamaların maneəsiz qəbuluna təminat verir.