Baydendən Putinin həbs qərarına reaksiya



 

ABŞ Prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin  Rusiya Prezidenti Vladimir Putin haqqında həbs qərarı verməsinə münasibət bildirib.

"SeherXeber.org" xarici KİV-ıə istinadla xəbər verir ki, o, qərarı hqlı hesab etdiyini söyləyib.

“Məncə, haqlıdır. Ancaq sual budur ki, (UVM) tərəfimizdən beynəlxalq miqyasda tanınmır. Amma qərar məncə, çox vacib bir məqama toxunur”.

Bayden Putinin müharibə cinayəti törədib-törətməməsi ilə bağlı suala da cavab verib:
“(Putin) açıq şəkildə müharibə cinayətləri törədib”. 
Bayden həmçinin növbəti həftə Moskvada Çin və Rusiya prezidentlərinin görüşündən sonrakı nəticəyə də baxacaqlarını əlavə edib.

Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.

Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün də beynəlxalq order verilib. Bildirilib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.