Paşinyanın əli ilə Ermənistanın Rusiyadan “boşanma” prosesi gedir - Naqapetyan



 

“Qərbin Paşinyanın əli ilə başlatdığı Ermənistanın Rusiyadan “boşanma” prosesi  gedir. Proses hazırda davam edir. Bu, kifayət qədər ciddi vəziyyətdədir”

SeherXeber.org ” xəbər verir ki, bunu “news.am”a açıqlamasında hərbi ekspert Hayk Naqapetyan deyib. 

Onun sözlərinə görə, artıq Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq prosesinə başlayıb.

“Vəziyyət heç də Paşinyan və onun siyasi çevrəsinin dediyi kimi deyil, bizim KTMT-dən ayrılmağımız qısa zamanda olacaq. Bu, bütöv bir prosesdir. Uğur qazanacaq, ya yox, bax bu, böyük sual doğurur”, - o qeyd edib.

NATO-nun keçmiş baş katibi Anders fon Rasmussen Ermənistana səfərini şərh edən hərbi ekspert hesab edir ki, Rasmussen erməni tərəfinin mövqeyini korrektə etməyə gəlib: “Ermənistana səfər edən şəxs Ukraynada baş verən aksiyaların memarıdır. O, vaxtilə Poroşenkonun hərbi müşaviri olub. Onun səfəri çox təhlükəlidir. Ona görə də bizim üçün bütövlükdə vəziyyət fəlakətlidir. Çünki bu adamın gəlişi regionun tezliklə partlayacağı anlamına gəlir”.

Mürtəza
SeherXeber.org