Razıyam sən deyənlə - Abdulla Saymaz



 

Razıyam sən deyənlə

Sənsiz mən xoşbəxt olum,
Belə olurmu ölüm?
Qayıt mənə, a gülüm,
Razıyam sən deyənlə.

Yandı ağzımda dilim,
Sən oldun ayım,ilim.
Nə istəsən, de, bilim,
Razıyam sən deyənlə.

Bir qədər döz, desən də,
Od, alov, köz- desən də.
Tikanlı söz desən də,
Razıyam sən deyənlə.

Sən ağac ol, mən budaq,
Bir çeşmədən su udaq.
Gəl, dünəni unudaq,
Razıyam sən deyənlə.

İncimə, gəl, amandır,
Sənsiz halım yamandır.
Dərsi verən- zamandır,
Razıyam sən deyənlə.

Bağışlayar yar-yarı,
Axtarma günahkarı.
Tər çiçək sevir arı,
Razıyam sən deyənlə.

"SeherXeber.org"