Azərbaycan Prezidentinin Almaniyaya səfərinin yekunlarını analiz etdikcə o qənaətə gəlirsən ki, bu səfərin belə bir mürəkkəb geosiyasi şəraitdə təkcə ölkələrarası münasibətlərin inkişafı baxımından deyil, o cümlədən Avropa İttifaqı ilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında əməkdaşlığın gələcək perspektivinə böyük töhfə verməsi baxımdan çox böyük tarixi əhəmiyyət daşıyır.
Bunu “SeherXeber.org ”a açqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, bu səfər regional əməkdşalıqla yanaşı, regionda dayanıqlı sülhün yaranmasına öz töhfəsini verməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. “Rusiya-Ukrayna müharibəsi və yeni düzəni Azərbaycanın Avrasiya coğrafiyasındakı necə əhəmiyyətli rola malik ölkə olduğunu ortaya qoymuş oldu. Cənab Prezidentin zamanında qlobal çağırışlara çevik reaksiya verərək yürütdüyü siyasətin nəticəsində olaraq həyata keçirilən enerji və logistik layihələr Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırmış oldu. Digər mühüm bir məqam isə 44 günlük müharibə nəticəsində Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlardır. Bütün bu və digər faktorlar Azərbaycanı yeni dünya düzənində ciddi aktor rolunda çıxış etməsini şərtləndirir”- o qeyd edib.
Deputatın fikrincə, bu səfər həm bölgədə dayanıqlı sülhün, həm də yeni regional əmədkaşlıq formatının yaranması baxımdan çox mühüm əhəmiyyət kəsb edir: “Keçirilən görüşlərdə və mətbuata açıqlamalarda Avropa İttifaqının aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqazda sülhün yaranmasında Azərbaycanın ərazi bütövlüyünü və sülh gündəliyini dəstəkləməsi çox ciddi amildir. Bu bir daha beynəlxalq aləmin Azərbaycanın sülh gündəliyini dəstəkləməsinin bariz nümunəsidir.
İkincisi isə gələcək iqtisadi-ticari əməkdaşlıq perspektivləri ilə bağlı olan gündəlikdir. Azərbaycan Prezidentinin 30-a yaxın Alman iş adamı ilə keçirilən görüşdə əsasən beş istiqamət üzrə;- enerji, logistika və infrastruktur, sənaye, kənd təsərrüfatı və maliyyə, texniki əməkdaşlıq məsələləri olub. Bunlarla yanaşı, bütövlükdə Xəzər hövzəsində və Mərkəzi Asiya ilə iqtisadi-ticari, logistika, enerji sahəsində gələcək regional əməkdşalığın perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ən diqqət çəkən məqam isə enerji, xüsusən də qaz və bərpaolunan enerji, logistika sahəsi ilə bağlı olan məsələlərdir. Bu sahələrdə əməkdaşlıq Orta dəhliz vasitəsi ilə Şərqlə Qərb arasında gələcək əməkdaşlığın ana xəttini təşkil edir. Bu yol Avropa və Asiya ölkələrinə ən qısa yolla bir-birinə bağlanması imkan yaradacaq.
Digər məsələ isə bərpaolunan enerji sahəsində Azərbaycanda Günəş panellərininin birgə istehsalı, o cümlədən son illərdə dünyanın üzləşdiyi su problemləri ilə bağlı sudan səmərəli istifadə edilməsi istiqamətində birgə layihələrin icrası ilə bağlı olan məsələlərdir. Müzakirə edilən məsələlər və əldə olunan razılaşmalar təkcə ölkəmizə deyil, ümumiyyətlə bölgəyə xarici investiyaların gəlməsi baxımdan da əhəmiyyətlidir. Bir sözlə Azərbaycan Prezidentinin Almaniyaya səfərinin yekunları bütövlükdə bölgədə dayanıqlı sülhün yaranmasına, bölgənin iqtisadi inkişafına, sıx inteqrasiyasına, əhalinin rifah halında yaşamasına, xarici investisiyaların axınına öz töhfəsini verəcək”.
Mürtəza
SeherXeber.org