Ronaldu Portuqaliya millisinə dəvət alıb



 

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisinə dəvət alıb.

Portuqaliya Futbol federasiyasının yaydığı məlumata görə, komandanın yeni baş məşqçisi Roberto Martines AVRO-2024-ün seçmə mərhələ oyunları üçün 38 yaşlı forvarda ehtiyac duyub.
Yığma martın 23-də Lixtenşteyni qəbul edəcək 3 gün sonra Lüksemburqun qonağı olacaq.