Fuat Oktay: "Xocalıda 31 il əvvəl baş vermiş vəhşilik hələ də ürəyimizi ağrıdır"



 

"Xocalıda 31 il əvvəl baş vermiş vəhşilik hələ də ürəyimizi ağrıdır".

"SeherXeber.org" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb.

"Həyatını itirən qardaşlarımızı rəhmətlə anıram. Can Azərbaycanın kədəri kədərimizdir. Unutmadıq, unutmayacağıq", - o bildirib.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.