"Mançester Siti"nin aparıcı futbolçuları bu oyunu buraxacaqlar



 

İngiltərənin "Mançester Siti" komandasının aparıcı futbolçuları Kevin De Brüyne və Emerik Lyaport Almaniyada "Leyptsiq"ə qarşı UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununu buraxacaqlar.

SeherXeber.org xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə ispaniyalı müdafiəçinin adı görüşün iştirak ərizəsinə salınmayıb.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola hər iki oyunçunun xəstəlik səbəbindən ÇL matçını buraxacaqlarını bildiirb.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.