Mbappe "Real"a keçməyə razılıq verdi - Bu tələbi yerinə yetiriləcək



 

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe "Real Madrid"ə keçməyə hazırdır.

Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.

Mənbənin məlumatına görə, Mbappe onunla birlikdə komanda yoldaşı və dostu Əşrəf Hakimi də alınacağı halda, "Kral klubu"na keçməyə hazır olduğunu bildirib. “Real”ın bunu reallaşdırmağa razı olduğu bildirilir. Maraqlıdır ki, Hakimi "Real" akademiyasının məzunudur və 2020-ci ilə qədər bu klubda çıxış edib.

Xatırladaq ki, ötən ilin yayında Mbappe azad agent statusunda "Real Madrid"ə keçməyə yaxın idi. Dəfələrlə "Qalaktikos"da oynamaq mənim uşaqlıq arzumdur" desə də, o, son anda PSJ ilə yenidən müqavilə bağladı və Fransada qaldı.