Ulduz futbolçu "Olimpiakos"dan ayrılır



 

Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstan "Olimpiakos"undan ayrılır.

SeherXeber.org xəbər verir ki, 35 yaşlı müdafiəçi Pirey təmsilçisi ilə müqaviləsini pozmağa hazırlaşır.

Buna səbəb təcrübəli oyunçunun başqa klubdan sərfəli təklif almasıdır. O, adı açıqlanmayan komanda ilə artıq şəxsi sözləşməsini və maliyyə şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalayıb. "Sambaçı" bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub. Ulduz futbolçu daha əvvəl ölkəsinin "Fluminense" və İspaniyanın "Real Madrid" klublarının formasını geyinib.