ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı



 

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. 

SeherXeber.org UEFA-nın saytına istinadən xəbər verir ki, bu, “Benfika”dan (Portuqaliya) Fredrik Aursnes olub. 28 yaşlı yarımmüdafiəçi “Borussiya”dan (Dortmund, Almaniya) Kərim Adeyemi, “Bavariya”dan (Almaniya) Kinqsli Koman və “Milan”dan (İtaliya) Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, Fredrik "Brügge" ilə görüşdə (2:0) meydana start heyətində çıxıb və sonadək oynayıb.