Toni Kroos tarixi rekorda imza atıb



 

İspaniyanın "Real Madrid" komandasında çıxış edən Toni Kroos tarixi rekorda imza atıb.

SeherXeber.org xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"a 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

O, futbol tarixində yeddi dəfə dünya çempionu (6 klub, 1 milli) olan yeganə oyunçudur.

Kroos "Real Madrid"lə 5, "Bavariya" ilə 1 dəfə klublararası dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli futbolçu 2014-cü ildə Almaniya yığması ilə mundialın qalibi olub.