Tarverdiyan: “Aİ-nin müşahidəçi missiyası Ermənistanda  nə edə bilər ki…”



 

“Bir tərəfdən baş nazir Nikol Paşinyan bəyan edir ki, Ermənistanın Qarabağ və Qarabağ problemlərinin həllində heç bir əlaqəsi yoxdur, digər tərəfdən isə Laçın dəhlizinə beynəlxalq müşahidəçilər və faktaraşdırıcı qrup göndərir. Bu  verilən bəyanatlarla açıq-aşkar ziddiyyət təşkil edir”. 

 “SeherXeber.org ” xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Yervand Tarverdyan “News.am”a müsahibəsində Avropa ittifaqının müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ müşahidəçiləri missiyasının fəaliyyətində qeyri-müəyyənlik var. “Fikrimcə, onların  bir müşahidəçi kimi heç bir səlahiyyəti və hüquqi əsası  yoxdur. Mən təsəvvür edə bilmirəm ki, biz Ermənistan sərhədlərini Rusiya sərhəd xidməti tərəfindən qorunduğu halda, Aİ müşahidəçilərinin Ermənistanda hansı missiyası olacaq və onlar, məsələn, sərhəd zonasına necə daxil olacaqlar. Mən də başa düşə bilmirəm ki, Aİ-nin monitorinq missiyasının funksiyası nədir”- Tarverdiyan qeyd edib.

Tarverdyan əlavə edib ki, Aİ hərbi-siyasi deyil, iqtisadi strukturdur: “Mənə bir az aydın deyil ki, Ermənistanda iqtisadi strukturun missiyası hərbi baxımdan nə edəcək? Bu problemin həllinə deyil, ziddiyyətlərin dərinləşməsinə  xidmət edir”.

Siyasətçi onu da əlavə edib ki, əgər Ermənistan hakimiyyəti artıq Rusiya ilə əməkdaşlıq etmək istəmirsə, bunu açıq şəkildə bəyan etsinlər: “Lakin mən təsəvvür edə bilmirəm ki, hakimiyyət indiki mərhələdə necə böyük fundamental dəyişikliklər etməyə risk etsin. Aİ burada öz təsirini artırmaqda maraqlıdır, üstəlik, Rusiyanın diqqətini Ukraynadan uzaqlaşdırıb bizim regiona yönəltmək istəyir. Bu, onların maraqlarından irəli gəlir”.

Mürtəza
SeherXeber.org