"Qalatasaray" 55 milyon avroluq hücumçunu gətirir



 

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

SeherXeber.org "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin belçikalı hücumçusu Romalu Lukakunu sıralarına qatmağa yaxındır. 29 yaşlı forvardı icarə əsasında rənglərinə bağlamağa hazırlaşan "Qalatasaray" hazırda qarşı tərəflə danışıqlar aparır.

Məlumatlara görə, "Çelsi" bu keçidin baş tutmasına razılıq verib. Əgər Lukaku da təklifə müsbət yanaşarsa, "Qalatasaray" onu 1 il müddətinə icarəyə götürəcək.

Qeyd edək ki, müqavilə ilə London klubuna məxsus olan Lukaku hazırda icarə əsasında "İnter"də çıxış edir. Onun transfer dəyəri 55 milyon avrodur./Offsideplus