Sürücülərin diqqətinə: paytaxtda küçənin bir hissəsi bağlandı



 

Bakının Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb.

Dövlət Yol Polisindən SeherXeber.org a verilən məlumata görə, Səbail rayonu ərazisində Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində qəzalı binanın söküntüsü ilə əlaqədər yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib.

“Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik”, - deyə DYP-dən bildirilib.