Türkiyə XİN başçısı: “Avropada İslam düşmənçiliyi dayanmır”



 

“Avropada İslam düşmənçiliyi dayanmır”.

“SeherXeber.org ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

Onun sözlərinə görə, xain hücumlar İslam dinini və müqəddəs "Qurani Kərim"i gözdən sala bilməz: “Bu, ancaq həmin əməlləri törədənləri alçaldar. Əkilməsinə göz yumduğumuz nifrət toxumları bütün bəşəriyyəti zəhərləyəcək”.