Nəzarətdə saxlanmalı olduğu halda terrorist kameralar qarşısında  - VİDEO



 

İran televiziyası Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı terror aktı həyata keçirən terroristdən müsahibə alıb.

“Haber Global” bu görüntülərin əks olunduğu videosüjet hazırlayıb.

Görüntülərdə İran televiziyası, İran kanalları bir insanın ölümünə və iki insanın yaralanmasına səbəb olan terroristə mikrofon uzadır və ona söz haqqı verir.

Bununla bağlı videoda həmçinin terroristin adı İran vətəndaşı olaraq hallandırılır və beləliklə də onun İran vətəndaşı olduğu da məlum olur.

Nəzarətdə saxlanmalı olduğu halda terrorist kameralar qarşısına çıxarılır və ona ünvanlanan sualları cavablandırır. Qəddarlıqla həyata keçirdiyi hücumu da soyuqqanlılıqla nəql edir.  

Daha ətraflı “Haber Global”ın hazırladığı videosüjetdə: