Naməlum xəstəlik uşaqların ölümünə səbəb olub



 

Kot-d'İvuarın mərkəzində yerləşən kənddə son iki ayda azı 12 uşaq naməlum xəstəlikdən ölüb.

SeherXeber.org xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir.

Mütəxəssislərin toxuma nümunələri üçün götürdüyü analizlər hələ ki xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib.