ABŞ “Vaqner”i transmilli cinayət təşkilatları siyahısına daxil edib



 

ABŞ Maliyyə Nazirliyi "Vaqner"i transmilli cinayət təşkilatı kimi təsnif edib.

SeherXeber.org xəbər verir ki, təşkilatla əlaqəsi olan gəmiqayırma müəssisələri, fiziki və hüquqi şəxslər, o cümlədən təşkilatın rəhbəri Yevgeni Priqojinə qarşı sanksiya tətbiq olunub.

Priqojinin ABŞ-dakı bütün aktivləri dondurulacaq.

Maliyyə Nazirliyi "Vaqner"in təkcə Ukraynadakı müharibədə deyil, dünyanın digər ölkələrində də cinayətlərdə iştirak etdiyini vurğulayıb.