Ukrayna hökumətini dünyanın ən pis hökumətlərindən biri adlandırıb



 

“Microsoft” şirkətinin həmtəsisçisi və amerikalı milyarder Bill Qeyts Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl Ukrayna hökumətini dünyanın ən pis hökumətlərindən biri adlandırıb.

SeherXeber.org xəbər verir ki, o, bu barədə Avstraliya Lou İnstitutunda çıxışı zamanı bildirib.

"Müharibədən əvvəlki Ukrayna hökuməti dünyanın ən pis hökumətlərindən biridir" , - Qeyts bildirib.

O, həmçinin Ukrayna Nazirlər Kabinetini “korrupsioner və yalnız bir neçə varlı adam tərəfindən idarə olunan” kimi xarakterizə edib.

Qeyts Vladimir Zelenskini Ukrayna rəhbəri kimi necə qiymətləndirdiyi ilə bağlı suala cavab olaraq, bundan məmnun olduğunu və təsirləndiyini söyləyib.

“Zelenski ölkəni birləşdirə bildi. İnsanlar gözləmirdilər ki, Ukrayna uğur qazana biləcək", - iş adamı bildirib.

"Ukrayna münaqişəsi BMT-nin davamlı inkişaf məqsədlərinə vaxtında çatmaq şanslarını gecikdirəcək və azaldacaq. Münaqişə zamanı resurslar israf edilir və vəziyyət “inkişaf etməkdə olan ölkələrə”, ərzaq və gübrə qiymətlərinə böyük təsir göstərir ki, bu da böyük itkilərə səbəb ola bilər", - “Microsoft” rəhbəri bundan əvvəl verdiyi açıqlamada bildirib.(publika.az)