Subsidiyalarla bağlı ŞAD XƏBƏR



 

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib. 

"SeherXeber.org" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişikliyə qədər subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilirdi.

Yeni fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.