Azərbaycanda 400 min manatlıq nəqliyyat şirkəti bağlanır



 

"Salyan Nəqliyyat" ASC ləğv olunur.

SeherXeber.org xəbər verir ki,  məsələ ilə bağlı ASC səhmdarlarının ümumi yığıncağı 10 mart 2023-cü il tarixdə saat 11:00- da cəmiyyətin Salyan rayonu Aşağı Noxudlu kəndində yerləşən inzibati binasında keçiriləcək.

Qeyd edək ki, "Salyan Nəqliyyat" ASC 21.09.1999 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İsmayılov Elşad Seyfulla oğlu, nizamnamə kapitalı 399,160 min manatdır.

Könül
SeherXeber.org