Nazirin şirkətləri arasında kredit mübahisəsi



 

"AFB Bank” ASC "Aqro Kompleks Qəbələ” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. 

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 30 oktyabr 2022-ci il tarixdə iş üzrə hazırlıq iclası keçirilib və icraat dayandırılıb. Lakin bank yenidən məhkəməyə müraciət edib. Bu dəfə 13 yanvar 2023-cü il tarixinə məhkəmə hazırlıq iclası təyin edilib. İclas yanvarın 23-nə təyin edilib. Nəhayət yanvarın 23-də keçirilən hazırlıq iclasında məhkəmə baxışının vaxtı bəlli olub. Hakim baxış iclasını fevralın 22-nə təyin edib.  

"AFB Bank” ASC-nin səhmlərinin 99,6 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. 

Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır. Bu o deməkdir ki, "AFB Bank” ASC yenə də Kəmaləddin Heydərovun nəzarətindədir. 

Maraqlıdır ki, "Aqro Kompleks Qəbələ” MMC-nin də Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Nazirin biznes imperiyası ilə bağlı araşdırma materiallarında "Aqro Kompleks Qəbələ” MMC-nin adı onun şirkətlərinin siyahısında yer alır. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.