“Rabitəbank”da nağd pul kəskin azalıb



 

“Rabitəbank” ASC 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb. 

SeherXeber.org ”ın məlumatına görə, 2022-ci ilin dekabrın 31-nə bankın cəmi aktivləri 954,990 mln manat təşkil edib. Bu isə 2021-ci ilin yekunu ilə müqayisədə 62,883 mln manat və ya 6,2% azdır.

Bank tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi isə illik müqayisədə 28,9% artaraq 610,877 mln manat təşkil edib. Nağd pul vəsaitləri və və onların ekvivalentləri 3,3 dəfə azalaraq 122,363 mln manat olub.

“Rabitəbank”da müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində ciddi azalma olub

Bankın ötən ilin yekununda 724,682 mln manat olan depozit portfeli il ərzində 117,678 mln manat və ya 16,2% azalaraq 607,004 mln manata düşüb. Bankın öhdəlikləri isə 8,2% azalaraq ötən ilin sonunda 843,394 mln manata enib.

2022-ci il dekabrın 31-nə bankın cəmi kapitalında isə illik müqayi   ədə 12,2% artım müşahidə olunub və 111,596 mln manat olub.

Ötən ilin dördüncü rübündə şirkətin xalis faiz gəlirləri 48,696 mln manat, xalis qeyri-faiz xərcləri isə 28,071 mln manat olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3,563 mln manat ayırıb. Mənfəətindən 5,882 manat vergi ödəyən “Rabitəbank” ASC 2022-ci ilin son rübünü 11,181 mln manat xalis mənfəttələ başa vurub.

Xatırladaq ki, bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə, 20,13%-i Validə Abbasovaya, 14,51%-i Seyran Nuriyevə, 14,45%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasiyev və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur. 

Könül
SeherXeber.org