Mirzoyan Brüsselə gedir



 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedəcək.

SeherXeber.org xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək və burada Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə toxunacaq.

Mirzoyanın NATO-nun baş katibi Yens Stoltenberq, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell, Belçikanın xarici işlər naziri Aja Labiblə görüşü də nəzərdə tutulub.