Ukraynaya tankların tədarükü Almaniyada qalmaqala səbəb oldu



 

Almaniya rəhbərliyi Ukraynaya tankların tədarükü ilə bağlı konsensusa gələ bilmir.

SeherXeber.org xəbər verir ki, hərbi yardımın müzakirəsi qalmaqala səbəb olub, çünki bir çox deputat Almaniya kansleri Olaf Şoltsdan əminlik tələb edir.

Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmerman deyib: “Əgər siz Ukrayna ordusuna Leopard 2 ilə təchiz etmək istəmirsinizsə, bunun səbəbini izah etməlisiniz".

Müdafiə komitəsinin rəhbərinə Almaniya Sosial Demokrat Partiyasının (SPD) fraksiyasının sədri Rolf Mützeniç cavab verib və deyib ki, ağır silahların tədarükü məsələsində ilk növbədə sağlam düşüncəni rəhbər tutmaq lazımdır və bu cür bəyanatlar yalnız eskalasiyaya təkan verə bilər.