Rusiya "xüsusi əməliyyat"ın sərhədlərini bu halda genişləndirəcək



 

Qərb tərəfdaşları Ukraynaya dəstəyi artırarsa, Rusiya "xüsusi hərbi əməliyyatı"nın sərhədləri genişlənə bilər.

SeherXeber.org xəbər verir ki, bu fikirlə Rusiya Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet çıxış edib.

Şeremet Kiyevə xəbərdarlıq edib ki, Vaşinqton və Brüsselin dəstəyi qəddar zarafat ola bilər.

"Qərb ölkələri Ukraynanın işlərinə nə qədər çox müdaxilə etsə, bufer zona yaratmaq və ölkəmizi düşmən qonşuluğundan qorumaq üçün xüsusi əməliyyatımızın sərhədi bir o qədər genişlənəcək", - Şeremet bildirib.

Parlamentari əlavə edib ki, 2023-cü il yeni dünya düzəninin formalaşmasında həlledici olacaq. Onun sözlərinə görə, burada əsas rolu Rusiya oynayacaq.