Camal Hill UFC çempionu olub



 

Amerikalı Camal Hill yarım ağır çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibliyi uğrunda dueldə braziliyalı Qlover Teyşeyranı məğlub edib.

SeherXeber.org xəbər verir ki, idmançı hakimlərin yekdil qərarı ilə qalib gəlib.

31 yaşlı Hill ilk dəfə yarım ağır çəkili UFC çempionu olub.

Əvvəllər bu çəki dərəcəsində kəmərin sahibi çexiyalı İrja Proxazka olub, o, sonradan zədələnib və tituldan könüllü olaraq imtina edib. 11 dekabr 2022-ci ildə rusiyalı Maqomed Ankalayev və polyak Yan Blaxoviç UFC-nin yarım ağır çəkidə çempionluq kəməri uğrunda görüşüblər, onların döyüşü heç-heçə başa çatıb və kəmər boş qalıb.