Finlandiya Rusiyanın aktivlərini dondurub



 

Finlandiya Rusiyanın 187 milyon avro məbləğində aktivlərini dondurub.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

Bildirilib ki, Finlandiyada dondurulmuş aktivlərlə Borcların yığılması idarəsi məşğul olur. Hazırda qurum 187 milyon avro məbləğində aktivlərini dondurub.

“Bunlar daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar, təyyarələrdir. Hər cür qiymətli əmlaklar”, - ölkənin Xarici İşlər Nazirliyinin sanksiyalar şöbəsinin rəhbəri Pia Saarivaara vurğulayıb.