Almaniya Çinlə münasibətlər üçün yeni strategiya hazırlayır



 

Almaniya Çinlə 2016-cı ildən Berlinin əsas ticarət tərəfdaşı olan Pekindən asılılığı azaltmağı hədəfləyən yeni əlaqələr strategiyası üzərində işləyir.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Almaniya Çindən asılılığını tədricən azaltmalıdır, çünki Çin bazarından kəskin ayrılma Avropanın ən böyük iqtisadiyyatında iş yerlərinin itirilməsinə səbəb olacaq:

“İqtisadiyyatımızı Çin bazarından ayırmaq Almaniyadakı iş yerlərinin maraqlarına uyğun deyil”.

Onun sözlərinə görə, digər dünya regionları və bazarları növbəti illərdə və onilliklərdə Almaniya iqtisadiyyatı üçün prioritetlərə çevrilməlidir.

“Bunun üçün siyasi şərait yaxşılaşdırılmalıdır”, - Almaniyanın maliyyə naziri vurğulayıb.