Almaniya Ukraynaya "Leopard 2"ləri verə bilər



 

Almaniya Bundesverin ehtiyatlarından Ukraynaya 19 "Leopard 2" döyüş tankı verə bilər.

SeherXeber.org xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yayının əvvəlindən Almaniya Müdafiə Nazirliyində "Leopard" tanklarının müxtəlif modellərinin ətraflı siyahısı var.

“Der Spiegel”ə görə, Bundesverdə ümumilikdə müxtəlif modelli 312 "Leopard 2" tankı var. Ötən ilin may ayında 99-da təmir işləri aparılıb, biri isə istismardan çıxarılıb.

Bu tanklar döyüş təlimləri və manevrlər zamanı düşmən tanklarını simulyasiya etmək üçün istifadə olunur.