Lempardın növbəti fiaskosu



 

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində “Vest Hem” “Everton” klubunu qəbul edib.

SeherXeber.org xəbər verir ki, oyun “Vest Hem” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Vest Hem”in heyətində Djarrod Bouen dubl edib.

Qeyd edək ki, “Everton” klubunun baş məşqçisi İngiltərə millisinin və “Çelsi”nin sabiq kapitanı Frenk Lemparddır. Komanda onun rəhbərliyi altında 20 oyundan sonra 15 xalla 19-cu yerdədir.  Komanda üç qələbə qazanıb, altı heç-heçə edib, 11 dəfə məğlubiyyətə uğrayıb.

“Vest Hem” - “Everton” – 2:0

Qollar: Djarrod Bouen 34, 41