Azərbaycan neftinin qiyməti 90 dollara çatır



 

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti bahalaşıb.

SeherXeber.org xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları və ya 1,33 % artaraq 89,91 dollara çatıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.