Dmitri Nazarovun qolu ən yaxşı seçilə bilər - VİDEO



 

Almaniyada 2022-ci ilin ən yaxşı qolu adına namizədlər bəlli olub.

SeherXeber.org "Report"a istinadla bildirir ki, ARD telekanalının açıqladığı siyahıa Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da III Bundesliqada "Meppen"in qapısına vurduğu baxımlı qol da yer alıb.

33 yaşlı hücumçu 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 2-ci topu rəqibin qapısından keçirib.

Qeyd edək ki, Dmitri Nazarovun bu qolu daha əvvəl sentyabrın ən yaxşısı adına namizəd göstərilib.