“Real”ın futbolçuları Ronaldo ilə görüşdülər - FOTO/VİDEO



 

İspaniya Superkuboku üçün Səudiyyə Ərəbistanına yollanan Madrid “Real”ının futbolçuları orada Kriştianu Ronaldo ilə görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, “kral klubu”nun oyunçuları Vinisius Junior və Rodriqo “Əl Nəsr”də çıxış edən portuqaliyalı ulduzu ziyarət ediblər. 

Həmçinin, Ronaldo “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə də görüşüb.

359845

Qeyd edək ki, Ronaldo 2009/2018-ci illərdə “Real”da çıxış edib.