"Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?" - Ramiz Mehdiyev



 

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.

SeherXeber.org -ın xəbərinə görə, Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu barədə bir-birini təkzib edən informasiya verib:

"Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü, bu mənim üçün yeni informasiyadır, işdən çıxarılıb?"