Xalidə nənə xəstəxanaya yerləşdirilib



 

Sosial şəbəkədəki videolarıyla məşhurlaşan 87 yaşlı Xalidə nənə xəstəxanaya yerləşdirilib.

Bu barədə ona məxsus instaqram hesabından məlumat paylaşılıb.

"Evdə təzyiqi qalxıb, başı hərlənib və yıxılıb. Sol qolunda və sol ayağında sınıq var... Əməliyyat yekunlaşıb, həkim uğurlu keçdiyini bildirib.", - deyə, məlumatda qeyd edilib.

Xəstəxanada müalicəsi davam etdirilən Xalidə nənənin bir neçə günə evə buraxılacağı vurğulanıb.