Məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirildi - VİDEO (YENİLƏNİB)



 

İmişli rayonu Aranlı kənd məktəbinin 3 sanitar qovşağı var.
 
Bu barədə Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir.
 
Qeyd edilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq: "Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".
 
***

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

SeherXeber.org xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

"Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.