Müğənni Mətanət Əsədova Elza Seyidcahana cavab verdi



 

Müğənni Mətanət Əsədova onu sevmədiyini deyən Əməkdar artist Elza Seyidcahana cavab verib.

SeherXeber.org xəbər verir ki, müğənni hər nə qədər incisə də, Seyidcahanın xətrini çox istədiyini deyib:

“Cavab verməsəm, yaxşı olar. O xanımın pianoda barmaqları gəzəndə ürəyim gedir. Ona o qədər pərəstiş edirəm, çox istedadlı pianoçudur, gözəl bəstəkardır. Həmçinin, anasını da çox sevirəm, əllərindən öpürəm. Bizim söz-söhbətimiz olmayıb. Efirdə zəng etmişdi, tənqid etmək istədi, təhqir kimi çıxdı. Mən də cavab verdim, lakin gərək nəsə deməzdim. Əslində isə mənim yaxşılığıma danışırdı. Gəl, millətə başa sal ki, təhqir etmək istəmirdi.

Hər zaman sənətimə heyfslənir, həmişə deyir. O vaxt dəniz kənarında bir restoran var idi, universitet illərindən sonra orada piano ifa edirdi. Onu dinləmək üçün ora gedirdim. Deyirdim, Elza xanım oradadır, gedib dinləyək. Çox savadlı qızdır, bu, danılmazdır. Onun dili elədir, ürəyi təmizdir. Qaldı ki Mətanət Əsədovanı hamı sevə bilməz ki...

Başa düşürəm məndən inciyib, həmçinin, mən də ondan incimişəm. Ona görə belə deməlidir. Özümü zorla ona sevdirə bilmərəm. Həqiqətən xətrini çox istəyirəm.

Arxadan danışmıram, böhtan atmıram, ev yıxmıram, nişan qaytarmıram, kiməsə xəyanət etmirəm, ailə dağıtmıram, zorla arvad olmuram. Heç kimdən qorxum yoxdur. Sözüm olanda üzə deyirəm. Söyləyirəm ki, arxadan danışsam, zəifəm. Ona görə ki, yanımdakı üstünü doldurub, aranjıman edib deyəcək. Sözüm var, deyirəm də. Xoşun gəlməz, de ki, Mətanət, sağ ol”.

Olay.az