Kalın: “Həm Azərbaycan həm də biz TANAP-da işimizi davam etdiririk”



 

“Həm Azərbaycan tərəfi, həm də biz TANAP-da işimizi davam etdiririk”.
 
SeherXeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
 
“TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, - Kalın qeyd edib.
 
Kalın bildirib ki, Qara dənizdə tapılan təbii qaz əsas sayılır.
“Aralıq dənizində də qaz ehtiyyatı tapa bilərik. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - deyə Ərdoğanın sözçüsü əlavə edib.