Ronaldonun Çempionlar Liqasında oynamaq üçün planı bəlli oldu!



 

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə anlaşan Kriştiano Ronaldo yenidən Çempionlar Liqasında oynaya bilər.

SeherXeber.org offsideplus.az-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun müqaviləsində karyerasını başa vurmadan ÇL-də yenidən oynaması ilə bağlı bənd var. İngiltərənin "Nyukasl" klubu Çempionlar Liqasını üçün vəsiqə qazanarsa, Ronaldonun icarə əsasında bu klubda keçməsi mümkündür. 

Belə ki, "Nyukasl" və "Əl-Nəsr" klubları Səudiyyə Ərəbistanı Dövlət İnvestisiyaları fonduna məxsusdur. Ronaldo bu əlaqədən istifadə edərək "Nəhənglər Liqası"nda oynaya bilər.