İstanbul boğazı gəmilərin keçidi üçün niyə bağlıdır?



 

Dardanel boğazında bu gündən etibarən qatı duman səbəbi ilə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

SeherXeber.org xəbər verir ki, bu barədə Dardanel boğazının Naviqasiyaya Nəzarət Departamenti məlumat yayıb.

Əlavə olunub ki, İstanbulda və Mərmərə dənizində 3-cü gündür ki, güclü duman müşahidə olunur.

Meteoroloqların verdiyi məlumata görə, yanvarın 6-dək İstanbul bölgəsində hava şəraiti yaxşılaşacaq.