Ələkbər Yasamallı Bakıya qayıtdı - Vəziyyəti yenə də ağırdır



 

Xəbər verdiyimiz kimi, bir neçə ay öncə tanınmış meyxanaçı Ələkbər Yasamallı ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparılıb.

SeherXeber.org -ın bakupost.az -a istinadən məlumatına görə, meyxanaçı artıq Bakıya qayıdıb.

Onun çox çəki itirdiyi, vəziyyətinin ağır olduğu deyilir.

Xatırladaq ki, Ə. Yasamallı narkotik asılılığından əziyyət çəkirdi. O, bu bəladan qurtulmaq üçün xaricə getmişdi.