2022-ci ilin ən yaxşı komandası seçildi



 

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2022-ci ilin ən yaxşı komandasının adını açıqlayıb.

SeherXeber.org xəbər verir ki, bu ada Argentina millisi layiq görülüb. Səsvermədə 113 ölkədən 420 jurnalist iştirak edib. Argentina 1399 səs (37,01%) toplayıb.

İkinci yerdə Mərakeş millisi qərarlaşıb (381 səs). Fransa millisi (252 səs) 3-cü olub.

Xatırladaq ki, Argentina dünya çempionu adına yiyələnib, Mərakeş 2022 -ci il dünya çempionatında 4-cü , Fransa 2-ci yerə çıxıb.