13 gündə 1 milyard dollar gəlir gətirdi



 

İlk “Avatar” filminin yayımlanmasından 13 il keçdikdən sonra filmin ikinci buraxılışı baş tutub. 

SeherXeber.org “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, “Avatar:Suyun yolu” adı ilə təqdim olunan növbəti film 13 gündə 1 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, 2009-cu ildə yayımlanan ilk “Avatar” filmi 2.9 milyard dollar gəlir əldə edərək film sektorunda birinciliyini qoruyur.

Günay