Bu ölkə 160 mindən çox ukraynalı qaçqını qəbul etdi



 

İspaniya mart ayından bəri 160 mindən çox ukraynalı qaçqını qəbul edib.

SeherXeber.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“28 dekabr tarixinə olan məlumata görə, 9 martdan bəri İspaniyada yerləşdirilən və qeydiyyata alınan Ukrayna vətəndaşlarının sayı 160 min 537 nəfərə çatıb”, - deyə bildirilib.