Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"



 

"Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib".

SeherXeber.org -ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib.

"29 sentyabr 2022-ci ildə Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili Azərbaycana işgüzar səfər edib. 24 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfər həyata keçirib. Dekabrın 15-də Tbilisidə baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib", - iilin yekunlarına dair məlumatda yer alıb.