“Bilinməlidir ki, şadlıq sarayının adını daşıyan qadın hansı əxlaqın sahibidir” - Deputat



 

“Bakıdakı şadlıq sarayları yunan qadınlarının adı ilə bağlıdır. Kleopatradan, Afroditadan tutmuş, digərlərinədək. Axı belə olmaz. Dövlət qurumları hara baxırlar?! Toy edən şəxs bilməlidir ki, toy etdiyi şadlıq sarayını adını daşıyan qadın hansı əxlaqın sahibidir”.

SeherXeber.org ” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələlərə ciddi yanaşılmalıdır: “Axı dil ruhumuz, namusumuzdur. Lakin dilimizi zibillə doldururlar və buna baxan da yoxdur. Odur ki, bu məsələyə ciddi yanaşıb, öz dilimizdən istifadə etməklə onu dirildək. Dilimizi müstəmləkə dilinə çevirməyək”.

Mürtəza
SeherXeber.org