Stoltenberq: “İsveç və Finlandiya 2023-cü ildə NATO-ya qoşulacaq”



 

“İsveç və Finlandiya 2023-cü ildə NATO-ya qoşulacaq”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Əminəm ki, İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün müraciətlərinin ratifikasiyası vaxtında başa çatacaq”, - Stoltenberq bildirib.

Bununla belə, Stoltenberq prosedurun tamamlanması üçün konkret müddət göstərməyib.