Bir nəsil təhsilin dəyişməsi üçün nə lazımdır?



 

 
İlham Əhmədov:

 Dünya sürətlə dəyişir və təhsil üçün uzunmüddətli perspektivlər müəyyən etmək çətindir. Nəzərə alsaq ki, sürətli düşünmək və hərəkət üçün az vaxt var, sürətlə hərəkət etməliyik.
Təhsildə dəyişikliklər rəfdəki kitabların dəyişməsi kimi asan deyil. Təlimin özü kimi, transformasiyası da zəkaların cəlb edilməsi, insanların yenilikçi təşəbbüslərinin təşviqi, onlara dəstəyin təmin edilməsi və birlikdə işləmək vasitəsilə baş verəcək (eynən bizdəki kimi ))) ).
Beləliklə, biz təhsilin davamlı, hərtərəfli vizyonunu işləyib hazırlaya bilərik. Davamlı vizyona nail olmaq üçün bu yanaşmanın bir hissəsi tərəfdaşlıq, koalisiya və əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı ola bilər. Belə əməkdaşlıq hökumət və peşəkar vətəndaş cəmiyyəti, özəl elm-təhsil müəssisəsi arasında qarşılıqlı əlaqəni əhatə edə bilər. Bu icmalar, peşəkarlar, cəmiyyət və sənaye ilə işləməlidir.
Əgər biz yalnız təhsilin kənarlarında işləmək deyil, çağırışlar əsasında hərəkət etmək istəyiriksə, zaman keçdikcə insanları gələcək çağırışlara yaxşı hazırlayacaq siyasətə yanaşmaları nəzərdən keçirməli, geniş və davamlı dəstək almalıyıq. Ümid edirik ki, onda biz təhsilin tələblərini və nəticədə ölkəmizin, uğurlarını dəstəkləyən, zənginləşdirən əsl transformasiya və təhsil növlərinə doğru bir addım ata biləcəyik
"Dünya Təhsil Forumu-2020" materiallarından.
Bütün bu dəyişikləri milli səviyyədə, vaxtında, düzgün layihələndirmək və doğru icra etmək üçün ölkənin güclü təhsilşünaslar komandası transformasiya proseslərinə cəlb edilməlidir.
Biz bu dəyişiklikləri vaxtında və doğru-dürüst edə bilsək, yaxşı olardı. Heç olmasa gələcək nəsillər görərdilər ki, təhsildə az da olsa nələrsə edə bilmişik.

SeherXeber.org